...

Yük avtomobilində narkotik tapıldı

Hadisə Materials 22 Dekabr 2015 12:32 (UTC +04:00)
Gömrükdə yük avtomobilində narkotik vasitə aşkar edilib.
Yük avtomobilində narkotik tapıldı

Bakı. Trend:

Gömrükdə yük avtomobilində narkotik vasitə aşkar edilib.

Dövlət Gömrük Komitəsindən Trend-ə verilən məlumata görə, Biləsuvar Gömrük İdarəsinin "Qoşa Təpə" gömrük postunda Naxçıvan MR-dən İran İslam Respublikası ərazisindən tranzit keçməklə Azərbaycan Respublikasına gələn Azərbaycan vətəndaşı Abuzər Həsənovun idarə etdiyi "DAF XF-95" markalı yük avtomobilinə baxış zamanı həmin nəqliyyat vasitəsində iki ədəd bükümdə, ümumi xalis çəkisi 48,67 qram olan narkotik vasitə - qurudulmuş marixuana aşkar edilərək götürülüb.

Faktla bağlı təhqiqat aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti