...

Göygöldə ağır yol qəzası - 5 yaralı (VİDEO/ FOTO)

Hadisə Materials 4 Oktyabr 2016 11:29 (UTC +04:00)
Göygöldə 5 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.
Göygöldə ağır yol qəzası - 5 yaralı (VİDEO/ FOTO)

Bakı. Trend:

Göygöldə 5 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

Trend ARB TV-yə istinadən xəbər verir ki, hadisə rayonun Yeni Qızılca kəndi ərazisində qeydə alınıb.

Göygöl sakini 20 yaşlı Xalid Həsənovun idarə etdiyi VAZ 21 011”lə eyni yolla, əks istiqamətdə hərəkət edən “VAZ 21 07” markalı avtomobil toqquşub. Nəticədə nəqliyyat vasitələri yararsız hala düşüb.

Hər iki avtomobildə olan sürücü və sərnişinlər, 37 yaşlı Gəncə sakini Təhman Əliyev, 21 yaşlı Bilal Quliyev, 20 yaşlı Xalid Həsənov, 37 yaşlı Vüsalə Əliyeva, 10 yaşlı Samir Əliyev müxtəlif bədən xəsarətləri ilə Gəncə şəhər TTYX-ya aparılıb.

Hadisə şahidlərinin bildirdiyinə görə, qəzaya səbəb “VAZ 21 07”nin digər maşının yoluna çıxması olub. Fakt bağlı Göygöl Rayon Polis Şöbəsində araşdırmalara başlanılıb.

Your browser doesn't support video.
Please download the file: video/mp4

Məqalədə:
Xəbər lenti

Xəbər lenti