...

Oğru dəstəyə 23 il cəza verildi

Hadisə Materials 14 Noyabr 2016 17:18 (UTC +04:00)
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində oğurluqda təqsirləndirilən Niyaz Fərəməzov, Namiq Pirverdiyev və Semran İlyasovun işi üzrə məhkəmə prosesi başa çatıb.
Oğru dəstəyə 23 il cəza verildi

Bakı. Samir Əli - Trend:

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində oğurluqda təqsirləndirilən Niyaz Fərəməzov, Namiq Pirverdiyev və Semran İlyasovun işi üzrə məhkəmə prosesi başa çatıb.

Trend-in məlumatına görə, prosesdə təqsirləndirilən şəxslərə höm oxunub. Məhkəmənin hökmü ilə N. Fərəməzov 8 il, digərlərinin hər biri 7 il müddətinə azadlıqdan məhrum edilib.

İttihama görə, Bakı sakini, 24 yaşlı Niyaz Fərəməzov tanışları - şəhər sakinləri Namiq Pirverdiyev və Simran İlyasovla görüşərək oğurluq etmək fikrində olduğunu bildirib və bu işdə onlardan kömək istəyib. Beləliklə, oktyabrın 5-də Niyaz Fərəməzov adıçəkilən şəxslərlə əlbir olaraq yaxın qohumu Fərqanə İbrahimovanın evindən qızıl əşyaları oğurlayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti