Bakı. Trend:
Sumqayıt şəhərində dördmərtəbəli yaşayış binasında yanğın hadisəsi baş verib.
Trend-ə Fövqəladə Hallar Nazirliyindən verilən məlumata gröə, hadisə yaşayış binasının zirzəmisində baş verib.
Hadisə nəticəsində zirzəmidə 5 m² sahədə məişət tullantıları yanıb. Yanğının kəşfiyyatı zamanı şəxsiyyəti məlum olmayan 1 nəfər kişi cəsədi aşkar olunub. Yanğın zamanı 10 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyyə edilib. Mənzillər yanğından mühafizə olunub.
Yanğın saat 04:56-da yanğınsöndürənlər tərəfindən söndürülüb.