...

Türkiyə ilə Yunanıstan sərhədində yeni körpü tikiləcək

Dünya xəbərləri Materials 28 Aprel 2024 15:51 (UTC +04:00)
Türkiyə ilə Yunanıstan sərhədində yeni körpü tikiləcək

Bakı. Trend:

Türkiyə və Yunanıstan Meriç çayı ərazisində iki ölkənin nəzarət-buraxılış məntəqələrini birləşdirən yeni körpünün tikintisi ilə bağlı razılığa gəliblər.

Trend xəbər verir ki, yeni 811 metrlik dörd zolaqlı körpünün inşasına bu il başlanacaq. Konstruksiya, 1958-ci ildə tikilmiş köhnə iki zolaqlı körpü ilə yanaşı fəaliyyət göstərəcək.

Türkiyənin Yunanıstan ilə həmsərhəd olan Edirne əyalətinin qubernatoru Yunus Sezer bildirib ki, mövcud körpü artıq Türkiyənin artan beynəlxalq ticarət həcminin öhdəsindən gələ bilmir və bununla əlaqədar iki ölkənin hakimiyyət orqanları tərəfindən yeni nəqliyyat layihəsinin həyata keçirilməsi barədə qərar qəbul edilib. İnşaat işləri hər iki tərəfindən maliyyələşdiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti