...

Nyu-Yorkda yaşayış evində yanğın - 9 yaralı

Hadisə Materials 18 Noyabr 2017 10:32 (UTC +04:00)
Nyu-Yorkun Manhetten rayonunda yaşayış evində güclü yanğın baş verib.
Nyu-Yorkda yaşayış evində yanğın - 9 yaralı

Bakı. Trend:

Nyu-Yorkun Manhetten rayonunda yaşayış evində güclü yanğın baş verib. Trend-in məlumatına görə, yanğın nəticəsində 9 nəfər müxtəlif xəsarətlər alıb.

Məlumata görə, yaralılardan 7 nəfəri yanğısöndürən, 1 nəfər polis, 1 nəfər yerli sakin olub. Onların alqdıqları xəsarətlərin həyatları üçün təhlükəli olmadığı bildirilib.

Yanğının söndürlməsinə 200-dən çox yanğınsöndürən cəlb edilib. Yanğının söndürülməsinə güclü küləyin mane olduğu qeyd edilib.

Yanğının baş vermə səbəbləri hələ məlum deyil.

İnsidentlə bağlı araşdırma başlayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti