...

264 min manat dələduzluqda təqsirləndirilən "reket" baş redaktorun məhkəməsi başladı

Hadisə Materials 21 Noyabr 2017 12:52 (UTC +04:00)
Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən "Zaman-press" qəzetinin baş redaktoru Gündüz Hüseynovun işi üzrə məhkəmə prosesi başlayıb
264 min manat dələduzluqda təqsirləndirilən "reket" baş redaktorun məhkəməsi başladı

Bakı. Samir Əli - Trend:

Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən "Zaman-press" qəzetinin baş redaktoru Gündüz Hüseynovun işi üzrə məhkəmə prosesi başlayıb.

Trend-in məlumatına görə, hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Hakim G.Hüseynovun imzaladığı protokolu elan edib və ittiham aktının sürətini ona təqdim edib.

Məhkəmənin hazırlıq prosesi noyabrın 28-də davam edəcək.

İttihama görə, G.İsmayılov öz işçilərinə qarşı dələduzluq edərək 264 min manat mənimsəməkdə və rüşvət verməkdə iştirakda təqsirləndirilir. O, Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq törətmək), 32.4, 312.2-ci (iştirakçılıq, rüşvət vermə, vəzifəli şəxs tərəfindən bilə-bilə qanunsuz hərəkətlər (hərəkətsizlik) etməyə görə ona rüşvət vermə və ya təkrar rüşvət vermə) maddələri ilə ittiham edilir.

"Zaman Press" qəzeti Mətbuat Şurasının "reket" mətbu orqanlar siyahısındadır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti