...

Bakıda 3 otaqlı, Ağsuda isə 8 otaqlı evdə yanğın olub

Hadisə Materials 3 İyul 2018 04:18 (UTC +04:00)
Respublikanın bir neçə yerində yanğın hadisələri qeydə alınıb.
Bakıda 3 otaqlı, Ağsuda isə 8 otaqlı evdə yanğın olub

Bakı. Trend:

Respublikanın bir neçə yerində yanğın hadisələri qeydə alınıb.

Trend-in FHN-ə istinadən verdiyi məlumata əsasən, paytaxt Bakının Xətai rayonunda ümumi sahəsi 100 m² olan birmərtəbəli 3 otaqlı evin mətbəxinin yanar konstruksiyaları 17 m² sahədə və 1 otağın dam örtüyü 15 m² sahədə yanıb.

Evin qalan hissəsi və bitişik evlər yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb

Ağsu rayonunda isə ümumi sahəsi 216 m² olan ikimərtəbəli 8 otaqlı evin 2-ci mərtəbəsində 5 otağın yanar konstruksiyaları 108 m² sahədə və dam örtüyü yanmışdır.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti