...

Bakı sakininin 9700 manat pulunu aldadaraq alan şəxs saxlanılıb

Hadisə Materials 1 Noyabr 2018 19:21 (UTC +04:00)
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində vətəndaşlara qarşı dələduzluq etməkdə şübhəli bilinən şəxslər saxlanılıblar.
Bakı sakininin 9700 manat pulunu aldadaraq alan şəxs saxlanılıb

Bakı. Trend:

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində vətəndaşlara qarşı dələduzluq etməkdə şübhəli bilinən şəxslər saxlanılıblar.

DİN-dən Trend-ə verilən məlumata görə, Nərimanov RPİ-nin 17-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində ayrı-ayrı vaxtlarda Bakı şəhər sakinləri olan 6 nəfərə qarşı dələduzluq etməkdə şübhəli bilinən Şirvan şəhər sakini, əvvəllər məhkum olunmuş Aydın Qanbayev saxlanılıb.

Suraxanı RPİ 31-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində isə Bakı şəhər sakini S.Rəcəbovun 9700 manat pulunu aldadaraq almaqda şübhəli bilinən paytaxt sakini Həmid Abdinov saxlanılıb. Onun Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə axtarışda olması da müəyyən edilib.

Araşdırmalar aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti