...

Şəmkirdə piyadanı vurub qaçan sürücü axtarışa verilib

Hadisə Materials 2 Noyabr 2018 17:32 (UTC +04:00)
Şəmkir rayonunun Muxtariyyə kəndi ərazisində müəyyən edilməmiş avtomobillə rayon sakini vurulub.
Şəmkirdə piyadanı vurub qaçan sürücü axtarışa verilib

Bakı. Trend:

Şəmkir rayonunun Muxtariyyə kəndi ərazisində müəyyən edilməmiş avtomobillə rayon sakini vurulub.

DİN-dən Trend-ə verilən məlumata görə, noyabrın 1-də saat 20 radələrində Şəmkir rayonunun Muxtariyyə kəndi ərazisində müəyyən edilməmiş avtomobillə Kür qəsəbə sakini Zahir Səfərov vurulub və nəticədə piyada hadisə yerində ölüb.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti