...

Salyanda 1 kq-a yaxın narkotik qanunsuz dövriyyədən çıxarıldı

Hadisə Materials 19 Yanvar 2019 13:17 (UTC +04:00)
Salnaynda 1 kq-a yaxın narkotik qanunsuz dövriyyədən çıxarıldı.
Salyanda 1 kq-a yaxın narkotik qanunsuz dövriyyədən çıxarıldı

Bakı. Trend:

Salyan rayonunda polis əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində külli miqdarda narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Salyan rayon Polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən şəhər sakinləri Səfər Məlikov və Cabbar Vahabov saxlanılıblar.

S.Məlikovdan çəkisi 425, C.Vahabovdan isə 485 qram marixuana aşkar edilərək götürülüb.

Saxlanılan şəxslər götürülmüş maddi sübutlarla birgə istintaqa təhvil veriliblər.

Araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti