...

Tovuzda “ZİL” aşdı - Ölən var

Hadisə Materials 18 Mart 2019 15:02 (UTC +04:00)
Tovuz rayonunun Əsrik-Cırdaxan kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib
Tovuzda “ZİL” aşdı - Ölən var

Bakı. Trend:

Tovuz rayonunun Əsrik-Cırdaxan kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, martın 17-də saat 17 radələrində Tovuz rayonunun Əsrik-Cırdaxan kəndi ərazisində kənd sakini Əfqan Quliyev idarə etdiyi “ZİL” markalı avtomobili aşırıb. Nəticədə avtomobildəki sərnişin Əli Abbasov hadisə yerində ölüb.

Tovuz RPŞ tərəfindən araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti