...

Bakıda qonşusunu bıçaqlayan şəxsə 3 il cəza verildi

Hadisə Materials 1 İyul 2019 15:58 (UTC +04:00)
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində adam bıçaqlamaqda təqsirləndirilən İntiqam Mustafayevin cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb
Bakıda qonşusunu bıçaqlayan şəxsə 3 il cəza verildi

Bakı. Samir Əli - Trend:

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində adam bıçaqlamaqda təqsirləndirilən İntiqam Mustafayevin cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

Trend-in məlumatına görə, hakim Siyavuş Hacıyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə İ.Mustafayev 3 il azadlıqdan məhrum edilib.

İttihama görə, bu ilin yanvar ayında paytaxtın Xətai rayonu, Aşıq Qurban küçəsində 1993-cü il təvəllüdlü İ.Mustafayev qonşusu - 1994-cü il təvəllüdlü Elməddin Taleh oğlu Əliyevə bıçaqla xəsarət yetirib. Xəstəxanaya çatdırılan yaralının həyatını xilas etmək mümkün olub.

Hadisəni törədən İ.Mustafayev könüllü olaraq polisə təslim olub. Ona Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərərvurma) maddəsi ilə cinayət ittihamı elan edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti