...

Şəkidə yük maşını körpüdən aşdı, qaz xətti zədələndi (FOTO)

Hadisə Materials 8 May 2020 14:51 (UTC +04:00)
Mayın 8-də günorta saat 13:00 radələrində Şəki rayonunun Kiş kəndi yaxınlığında avtomobil qəzası baş verib
Şəkidə yük maşını körpüdən aşdı, qaz xətti zədələndi (FOTO)

Bakı. Samir Əli - Trend:

Mayın 8-də günorta saat 13:00 radələrində Şəki rayonunun Kiş kəndi yaxınlığında avtomobil qəzası baş verib.

"Azəriqaz" İstehsalat Birliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Ceyhun Səfərov Trend-ə açıqlamasında bildirib ki, qəza zamanı “ZİL” markalı yük avtomobili körpünün üzərindən aşıb və bu zaman ərazidən keçən 159 mm diametrində olan qaz xəttini də yararsız hala salıb.

Təhlükəsizlik tədbirləri olaraq minə yaxın əhali qrupu abonentinin qaz təchizatı müvəqqəti dayandırılıb. Bərpa işlərinin həyata keçirilməsi üçün müvafiq tədbirlərin görülməsinə başlanılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti