...

Xızıda 4 otaqlı evdə yanğın olub

Hadisə Materials 28 İyun 2020 22:42 (UTC +04:00)
Xızıda 4 otaqlı evdə yanğın olub

Bakı. Trend:

Xızı rayonunda yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, rayonun Altıağac qəsəbəsində ümumi sahəsi 150 m² olan birmərtəbəli 4 otaqlı evin 1 otağının döşəməsi 45 m² sahədə və zirzəmisinin yanar konstruksiyaları 15 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti