...

Lerikdə meşə ərazisində yanğın olub

Hadisə Materials 14 Yanvar 2021 14:15 (UTC +04:00)
Lerikdə meşə ərazisində yanğın olub

Bakı. Trend:

Lerik rayonunun Təbrizli kəndi yaxınlığında meşə ərazisində 1 ha sahədə xəzəl və qurumuş ağac kötükləri yanıb.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, nazirliyin Dövlət Yanğından Mühafizə Xidməti tərəfindən həyata keçirilən operativ və təxirəsalınmaz tədbirlər nəticəsində yanğının geniş əraziyə yayılmasının qarşısı alınıb. Meşənin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti