...

Xızıda qarlı yolda köməksiz vəziyyətdə qalan şəxslər xilas edilib

Hadisə Materials 23 Yanvar 2021 22:53 (UTC +04:00)
Xızıda qarlı yolda köməksiz vəziyyətdə qalan şəxslər xilas edilib

Bakı. Trend:

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Xızı rayonunun Qızılqazma kəndində “Mercedes” markalı minik avtomobilinin qarda batması nəticəsində sürücü və 2 nəfər sərnişinin köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Nazirlikdən Trend-ə verilən məlumata görə, FHN-nin müvafiq xilasetmə qüvvələri əraziyə cəlb olunub. Görülən tədbirlər nəticəsində avtomobil və içərisində olan şəxslər təhlükəsiz əraziyə çıxarılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti