...

Astarada gömrükçülər 244 kiloqramdan artıq heroin aşkarladı (VİDEO)

Hadisə Materials 20 May 2021 15:55 (UTC +04:00)
Astarada gömrükçülər 244 kiloqramdan artıq heroin aşkarladı (VİDEO)

Bakı. Ceyhun Ələkbərov - Trend:

Gömrükçülər 244 kiloqramdan artıq narkotik aşkar ediblər.

Trend-in məlumatına görə, bu barədə Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev deyib. O, bunu gömrük orqanlarının daha bir uğurlu əməliyyatı kimi qiymətləndirib:

"Əməliyyatçılarımızın yüksək peşəkarlığı nəticəsində ölkəmizin cənub sərhədində - Astara gömrük postunda 244 kiloqramdan artıq narkotik vasitə - heroin aşkar edilib".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti