...

Daha bir güləşçimiz Paris-2024-ə vəsiqə qazanıb

İdman Materials 9 May 2024 21:13 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Rafiq Hüseynov Paris-2024-ə lisenziya qazanıb.

Trend İdman.biz-ə istinadən xəbər verir ki, ikiqat dünya çempionumuz bu uğura İstanbulda keçirilən Dünya Olimpiya Təsnifat Turnirində imza atıb.

Qardaş ölkədə ardıcıl olaraq İlyas Paqkalidisə (Yunanıstan) 3:1, Kumar Sunilə (Hindistan) 4:3 və Aleks Kessidisə (İsveç) 2:1 hesabı ilə qalib gələn yunan-Roma güləşçimiz yarımfinalda Laşa Qobadze (Gürcüstan) ilə qarşılaşıb. 87 kq çəkidə çıxış edən Hüseynov həlledici qarşılaşmanı da aktivinə yazıb. O, rəqibini 4:1 hesabı ilə məğlub edib. Bu qələbə Rafiqə olimpiya lisenziyası qazandırıb.

İstanbulda Hüseynovdan öncə eyni uğura Murad Məmmədov (60 kq) da imza atıb.

Qeyd edək ki, bu gün daha 1 güləşçimiz lisenziya uğrunda həlledici görüşə çıxacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti