...

Xızıda naməlum kişi meyiti tapılıb (FOTO)

Hadisə Materials 18 Noyabr 2021 10:49 (UTC +04:00)
Xızıda naməlum kişi meyiti tapılıb (FOTO)

Bakı. Trend:

Xızı rayonu Yeni Yaşma kəndi ərazisində 40-45 yaşlarında naməlum kişi meyiti tapılıb.

DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan Trend-ə verilən məlumata görə, aşkar edilən meyit arıq bədən quruluşlu, boyu 170 santimetr, nisbətən yumru sifət quruluşlu, seyrək saçlıdır. Aşkar olunan zaman meyitin üzərində heç bir zorakılıq əlamətləri aşkar edilməyib.

Qeyd edək ki, bu şəxsi tanıyanlardan Xızı Rayon Polis Şöbəsinin 023-31-50-131 və 051-500-00-13 nömrələri ilə əlaqə saxlayaraq məlumat vermələri xahiş edilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti