...

Heroin satan şəxs Xızıda saxlanıldı (FOTO)

Hadisə Materials 16 Dekabr 2021 09:27 (UTC +04:00)
Heroin satan şəxs Xızıda saxlanıldı (FOTO)

Bakı. Fərid Zöhrabov - Trend:

Xızı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan Trend-ə verilən məlumata görə, keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin əldə etməsi, saxlaması, daşıması və satmasında şübhəli bilinən rayon sakini Akif Heybətov saxlanılıb. Həmin şəxsin üzərinə və yaşadığı evə baxış keçirilən zaman kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar olunaraq götürülüb.

Faktla bağlı RPŞ-də araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti