...

Şəki sakini odlu silahı və avtomat güllələrini polisə təhvil verib (FOTO)

Hadisə Materials 25 Dekabr 2021 13:48 (UTC +04:00)
Şəki sakini odlu silahı və avtomat güllələrini polisə təhvil verib (FOTO)

Bakı. Fərid Zöhrabov - Trend:

Şəki Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən əllərdə saxlanılan qanunsuz odlu silah-sursatın könüllü təhvil verilməsi istiqamətində profilaktiki tədbirlər davam etdirilir.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Trend-ə verilən məlumata görə, şəhər sakini Rasim Musayev müraciət edərək müvafiq sənədləri olmayan ov tüfəngini və avtomat silahına məxsus 26 ədəd patronu könüllü olaraq polisə təqdim edib.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti