...

Bakı şəhəri üzrə 3 500-ə yaxın cinayət işinin istintaqı tamamlanıb

Hadisə Materials 20 İyul 2022 15:53 (UTC +04:00)
Bakı şəhəri üzrə 3 500-ə yaxın cinayət işinin istintaqı tamamlanıb
Samir Əli
Samir Əli
Bütün xəbərlər

Bakı. Trend:

Bu ilin 6 ayı ərzində Bakı şəhərinin prokurorluq orqanlarının icraatında olan 381 işdən 171-i, daxili işlər orqanlarının istintaq qurumlarının icraatında olan 9 236 cinayət işindən 3 498-nin istintaqı tamamlanıb.

Trend-in məlumatına görə, bunu Bakı şəhər prokuroru Elşən Abbasov deyib.

O bildirib ki, onlardan polis orqanları tərəfindən 2897, prokurorluq orqanları tərəfindən 97 iş baxılması üçün müvafiq məhkəmələrə göndərilib.

"Bakı şəhəri üzrə prokurorluq və daxili işlər orqanları tərəfindən ibtidai istintaqı tamamlanmış cinayət işləri üzrə ümumilikdə fiziki və hüquqi şəxslərə vurulmuş 19.855.211 manat məbləğdə maddi ziyandan 64,6 %, yəni 12.820.852 manat hissəsinin ödənilməsinə nail olunub", - E.Abbasov deyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti