...

Xızıda qadın qohumu tərəfindən boğularaq öldürülüb

Hadisə Materials 13 May 2023 19:02 (UTC +04:00)
Xızıda qadın qohumu tərəfindən boğularaq öldürülüb
Samir Əli
Samir Əli
Bütün xəbərlər

Bakı. Trend:

Mayın 13-ü saat 18 radələrində Xızı rayonu, Giləzi qəsəbəsində yerləşən fərdi yaşayış evlərindən birində 1999-cu il təvəllüdlü Ləman Qurbanovanın ölməsinə dair rayon prokurorluğuna məlumat daxil olub.

Xızı rayon prokurorluğundan Trend-ə verilən məlumata görə, aparılmış araşdırmalarla 1984-cü il təvəllüdlü Taleh Qurbanovun qohumu Ləman Qurbanovanı boğaraq qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Xızı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. İş üzrə şübhəli şəxs qismində saxlanılan Taleh Qurbanov hadisədən sonra könüllü olaraq istintaqa təslim olub.

İbtidai istintaq davam edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti