...

Telejurnalist Natəvan Babayeva dəfn edildi (FOTO)

Hadisə Materials 21 İyul 2023 10:38 (UTC +04:00)
Telejurnalist Natəvan Babayeva dəfn edildi (FOTO)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Ötən gün dünyasını dəyişən tanınmış telejurnalist Natəvan Babayeva doğulduğu Salyan rayonunun Parça Xalac kənd qəbiristanlığında dəfn olunub.

Trend-in məlumatına görə, o, valideynlərinin məzarı yanında torpağa tapşırılıb.

Dəfn mərasimində mərhum jurnalistin ailə üzvləri, rayon icra hakimiyyətinin rəsmiləri, media və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Qeyd edək ki, bir müddətdir onkoloji xəstəlikdən əziyyət çəkən Natəvan Babayeva ötən gün vəfat edib.

Xatırladaq ki, N.Babayeva 1977-ci ildə Salyan rayonunun Parça Xalac kəndində anadan olub. BDU-nun jurnalistika fakültəsini bitirdikdən sonra uzun illər ANS-də, 2016-cı ilin sonlarından AzTV-də aparıcı işləyib.

Allah rəhmət eləsin!

Məqalədə:
Xəbər lenti

Xəbər lenti