...

Xızıda ikimərtəbəli ev yanıb

Hadisə Materials 6 Avqust 2023 03:08 (UTC +04:00)
Xızıda ikimərtəbəli ev yanıb

Bakı. Trend:

Xızı rayonunda yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, rayonun Yarımca kəndində ümumi sahəsi 216 m² olan ikimərtəbəli 11 otaqlı evin yanar konstruksiyaları, birinci və ikinci mərtəbələrdə otaqlara yığılan 6 ton ot bağlamasının 5,5 tonu və kisələrə yığılan 1 ton arpa yanıb.

Ot bağlamalarının qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti