...

Xızıda bir dam altında tikilən evlər yanıb, 1 nəfər xəsarət alıb

Hadisə Materials 16 Sentyabr 2023 19:33 (UTC +04:00)
Xızıda bir dam altında tikilən evlər yanıb, 1 nəfər xəsarət alıb

Bakı. Trend:

Xızı rayonunda yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, rayonun Giləzi qəsəbəsində bir dam altında tikilən iki ailənin yaşadığı birmərtəbəli evlərdən ümumi sahəsi 70 m² olan 2 otaq və eyvandan ibarət evin yanar konstruksiyaları, bitişik ümumi sahəsi 62 m² olan 3 otaqlı evin dam örtüyünün yanar konstuksiyaları yanıb. Yanğın zamanı 1 nəfər yanıq xəsarəti alıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;

Məqalədə:
Xəbər lenti

Xəbər lenti