...

Əfqanıstanda 6,4 bal gücündə zəlzələ olub

Hadisə Materials 11 Oktyabr 2023 05:17 (UTC +04:00)
Əfqanıstanda 6,4 bal gücündə zəlzələ olub

Bakı. Trend:

Əfqanıstanın şimal-qərbində 6,4 bal gücündə zəlzələ qeydə alınıb.

Trend-in məlumatına görə, bu barədə Rusiya Elmlər Akademiyasının Vahid Geofizika Xidmətinin Altay-Sayan filialından bildirilib.

Məlumata əsasən, zəlzələnin episentri daha əvvəl bir sıra güclü zəlzələlərin qeydə alındığı Herat şəhərindən 37 km şimalda olub.

Episentrdə zəlzələnin intensivliyinə əsasən, zəlzələ “dağıdıcı” kimi qiymətləndirilir.

ABŞ Geoloji Xidməti zəlzələnin maqnitudasını 6,3 bal qiymətləndirib. Onun məlumatına görə, yeraltı təkanların episentri Heratdan 28 km şimal-qərbdə yerləşib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti