...

Xızıda qanunsuz silah saxlayan şəxs saxlanılıb

Hadisə Materials 31 Oktyabr 2023 21:29 (UTC +04:00)
Xızıda qanunsuz silah saxlayan şəxs saxlanılıb
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Xızı Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq silah-sursat saxlamaqda şübhəli bilinən şəxs saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan Trend-ə verilən məlumata görə, həmin şəxsin üzərinə baxış keçirilən zaman 1 ədəd “Kalaşnikov AKS-74”markalı avtomat silah, 1 ədəd patron sandığı və 25 ədəd patron aşkar olunaraq götürülüb.

Aparılan araşdırmalar zamanı saxlanılan şəxsin rayonun Giləzi qəsəbə sakini, əvvəllər oğurluq, xuliqanlıq və narkotikə görə məhkum olunmuş Ramil Vəliyev olduğu müəyyən edilib.

Faktla bağlı Xızı RPŞ-də cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti