...

Daha bir piyada diqqətsizliyi ölümə səbəb oldu

Hadisə Materials 30 Noyabr 2023 12:02 (UTC +04:00)
Daha bir piyada diqqətsizliyi ölümə səbəb oldu
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı.Trend:
Noyabrın 30-da saat 09:20 radələrində ADY-yə məxsus yol təmiri maşını (drezin) Abşeron-Puta mənzilində hərəkətdə olarkən təxminən 25 yaşlarında qadın dəmir yolu xəttini müəyyən olunmamış yerdən qəfil keçməyə cəhd edib.

ADY-dən Trend-ə verilən xəbərə görə, maşinist təcili tormozlama aparsa da, toqquşma qaçılmaz olub və həmin şəxs hadisə yerində ölüb.

ADY bir daha piyadaları kritik təhlükəli zona hesab olunan dəmir yolu xətlərini yalnız müəyyən olunmuş yerlər və keçidlərdən istifadə etməklə keçməyə çağırır. Qaydalara riayət etmək hər bir vətəndaşın borcudur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti