...

Antalyada təyyarənin qəzaya uğraması nəticəsində xəsarət alanlar arasında Azərbaycan vətəndaşı yoxdur

Hadisə Materials 20 İyul 2006 14:23 (UTC +04:00)

Antalya kurort şəhərinin mərkəzində (Türkiyə) təyyarənin qəzaya uğraması nəticəsində xəsarət alanlar arasında Azərbaycan vətəndaşı yoxdur. Bu barədə Trend ə eksklüziv olaraq Azərbaycanın Türkiyədəki səfirliyinin müşaviri Ceyhun Məmmədov məlumat verib.

Onun sözlərinə görə, səfirliyin konsulluq şöbəsi bu barədə məlumat alan kimi dərhal bu şəhərdə dincələn azərbaycanlılar arasında xəsarət alanların olub-olmaması ilə bağlı məlumatı yoxlayıb. İndiyədək səfirliyə xəsarət almış Azərbaycan vətəndaşları barədə heç bir məlumat daxil olmayıb", - deyə diplomat vurğulayıb.

Xatırladaq ki, polis təyyarəsi kurort şəhərinin lap mərkəzində qəzaya uğrayıb. Şəhər üzərində patrul xidməti həyata keçirən təyyarə qəfildən sürətlə yerə enməyə başlayıb və Talya oteli yaxınlığında yolun işlək hissəsinə düşüb. Şahidlər təyyarənin partladığını bildirir. Son məlumatlara görə, təyyarənin göyərtəsində olan 5 nəfər polis həlak olub.

Xəbər lenti

Xəbər lenti