...

Obama Konqresin binasında afroamerikalı Roza Parksın abidəsini açacaq

Maraqlı Materials 27 Fevral 2013 04:52 (UTC +04:00)
ABŞ-ın prezidenti Barak Obama Konqresin binasında afroamerikalı Roza Parksın abidəsinin açılışında iştirak edəcək.
Obama Konqresin binasında afroamerikalı Roza Parksın abidəsini açacaq

Azərbaycan, Bakı, 27 fevral /Trend/

ABŞ-ın prezidenti Barak Obama Konqresin binasında afroamerikalı Roza Parksın abidəsinin açılışında iştirak edəcək. Trend-in RİA Novostiyə istinadən verdiyi məlumata görə, Roza Parks ilk dəfə 1955-ci ildə avtobusda ağdəriliyə yer verməyərək, qaradərili amerikalıların hüquqları uğrunda mübarizəsinin əsasını qoyub.

Məlumatda bildirilir ki, mərasim Bakı vaxtı ilə 20:00-da baş tutacaq və Barak Obama çıxış edəcək.

Qeyd edək ki, Roza Parksın bu etirazı böyük ictimai rezonansa səbəb olmuşdu. Nəticədə isə Montqomer şəhərinin avtobus marşrutları boykot edilmişdi. Bundan sonra həmçinin, məşhur Martin Lüter Kinq ictimaiyyətin diqqətinə gəlmişdi.

Roza Parks bu fəaliyyətinə görə, bir sıra mükafatlara layiq görülüb.

Onun məşhur avtobusu isə Miçiqan ştatında Henri Ford muzeyində saxlanılır.

Obama muzeydə olarkən, Roza Parksla birgə şəkil çəkdirib.

Bu foto isə hazırki prezidentin ən məşhur şəklidir.

Xəbər lenti

Xəbər lenti