...

Amerika vətəndaşı 106 yaşında məktəbi bitirib

Maraqlı Materials 6 Mart 2013 10:32 (UTC +04:00)
ABŞ-ın Massaçusets ştatının Beverli şəhərinin sakini 106 yaşında məkrəbi bitirib.
Amerika vətəndaşı 106 yaşında məktəbi bitirib

Azərbaycan, Bakı, 6 mart /Trend, müxbir E.Tanrıverdiyev/

ABŞ-ın Massaçusets ştatının Beverli şəhərinin sakini 106 yaşında məkrəbi bitirib. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü "Lenta.ru" xəbər yayıb.

Fred Batlerə məktəbi bitirməsi haqqında şəhadətnamə, şəhər merinin və digər rəsmi şəxslərin iştirtakı ilə martın 4-də baş turan tədbirdə təqdim olunub. Yenicə şəhadətnamə almış məktəbli tədbirdə iştirak edən hər kəsə öz minnətdarlığını bildirib. O, həmçinin aldığı attestatı yüksək qiymətləndirdiyini də qeyd edib.

Batler məktəbdən 9-cu sinifdə oxuyarkən uzaqlaşmağa məcbur olub. O, anasına 5 bacı və qardaşlarını saxlamaqda kömək etmək məqsədilə mətbəədə işə başlayıb. İkinci Dünya Müharibəsindən sonra isə Batler şəhər Su təchizatı departemində çalışmağa başlayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti