...

Günəş sistemindən kənarda 715 yeni planet kəşf edilib

Maraqlı Materials 27 Fevral 2014 04:29 (UTC +04:00)
NASA Günəş sistemindən kənarda yeni kəşf edilən 715 planetin olduğunu açıqlayıb.
Günəş sistemindən kənarda 715 yeni planet kəşf edilib

Azərbaycan, Bakı, 27 fevral /Trend/

NASA Günəş sistemindən kənarda yeni kəşf edilən 715 planetin olduğunu açıqlayıb.

Trend-in Türkiyə KİV-ə istinadən verdiyi məlumata görə, "Kepler" teleskopunun verdiyi məlumatları dəyərləndirən elm adamları bununla da qalaktikadakı planetlərin sayının təqribən 1700-ə çatdığını bildiriblər.

Yeni planetlərdən 4-də həyat üçün əlverişli şəraitin olduğu deyilir.

Qeyd edək ki, astronomlar 20 il bundan əvvəl Günəş sistemindən kənarda hər hansı planet kəşf etməmişdilər.

Xəbər lenti

Xəbər lenti