...

Aeroport dünyada ilk dəfə günəş enerjisi ilə işləyəcək

Maraqlı Materials 20 Avqust 2015 15:05 (UTC +04:00)
Hindistanın Kerala ştatında yerləşən Koççi aeroportu dünyada tamamilə günəş enerjisi ilə işləyən ilk aeroport olacaq.
Aeroport dünyada ilk dəfə günəş enerjisi ilə işləyəcək

Azərbaycan, Bakı, 20 avqust /Trend/

Hindistanın Kerala ştatında yerləşən Koççi aeroportu dünyada tamamilə günəş enerjisi ilə işləyən ilk aeroport olacaq. Trend-in Qazeta.ru saytına istinadən verdiyi məlumata əsasən, bu barədə "The Economic Times" xəbər yayıb.

Aeroportun 46 150 günəş paneli ilə təchiz olunmuş elektrik stansiyası 12 MVt elektrik enerjisi istehsal edə biləcək.

Xatırladaq ki, aeroport 2013-cü ildə sərnişin terminalının damında 100 kVt-lıq panel quraşdırmaqla qismən günəş enerjisi ilə fəaliyyət göstərməyə başlamışdı. Yük anbarının ərazisində yeni enerji stansiyasının açılışı qeyri-ekoloji enerji mənbəyindən tamamilə imtina etməyə imkan yaradıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti