...

Azərbaycan və Ermənistan prezidentləri ciddi danışıqlara hazırlaşır – ATƏT-in Minsk qrupunun amerikalı həmsədri

Ermənistan-Azərbaycan münaqişəsi Materials 27 Aprel 2009 16:00 (UTC +04:00)
Azərbaycan və Ermənistan prezidentləri ciddi danışıqlara hazırlaşır – ATƏT-in Minsk qrupunun amerikalı həmsədri

Azərbaycan, Bakı, 27 aprel / Trend , müxbir E.Tariverdiyeva / 

"Azərbaycan və Ermənistan prezidentləri ciddi konstruktiv danışıqlara hazırlaşır", - ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Metyu Brayza deyib.

"Qeyd edə bilərəm ki, hər görüşdən sonra prezidentlər arasında qarşılıqlı hörmətin artdığını hiss edirəm və indi bizim danışıqlar prosesimizdə yeni mərhələ başlayır", - Trend -a bazar ertəsi İrəvandan telefonla Brayza bildirib.

Mayın əvvəlində Praqada Aİ ölkələri və tərəfdaşları rəhbərlərinin sammiti keçiriləcək. Onun gedişində Azərbaycan və Ermənistan prezidentlərinin Dağlıq Qarabağ münaqişəsinin müzakirə ediləcəyi gözlənilən görüşü planlaşdırılır.

"Biz mayın 7-də Praqada ölkə prezidentlərinin görüşünü gözləyirik və ümid edirik ki, bu görüş çox səmərəli və konstruktiv olacaq", - Brayza qeyd edib.

O, həmçinin qeyd edib ki, Amerika tərəfi Dağlıq Qarabağ münaqişəsinin həlli prosesində istənilən dəstəyi verməyə hazırdır.

"Bizim lider Barak Obama Vaşinqtonda deyib ki, ABŞ məsələnin həllinə tam dəstəyini verməyə və onun sürətləndirilməsinə hazırdır və biz bütün imkanlardan yararlanmalıyıq", - Dövlət katibi köməkçisinin müavini Brayza deyib.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Еrmənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. 1991-ci ilin dekabrında, Şuşa və Xocalı istisna olmaqla, Dağlıq Qarabağ Azərbaycanın nəzarətindən çıxıb. 1992-1993-cü illərdə Şuşa, Xocalı və Dağlıq Qarabağa bitişik yeddi rayon işğal olunub.

1994-cü ilin mayında tərəflər atəşkəs rеjiminə dair razılaşma əldə еdiblər və о vaхtdan bəri, ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti