...

Beynəlxalq birlik Dağlıq Qarabağ münaqişəsinin yaxın zamanda həllinə yardım göstərmək niyyətindədir - Azərbaycan XİN rəhbəri

Ermənistan-Azərbaycan münaqişəsi Materials 11 Mart 2010 13:52 (UTC +04:00)
Beynəlxalq birlik Dağlıq Qarabağ münaqişəsinin yaxın zamanda həllinə yardım göstərmək niyyətindədir. Bunu cümə axşamı Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov deyib.
Beynəlxalq birlik Dağlıq Qarabağ münaqişəsinin yaxın zamanda həllinə yardım göstərmək niyyətindədir - Azərbaycan XİN rəhbəri

Azərbaycan, Bakı, 11 mart / Trend , müxbir Ü.Sadıxova/

Beynəlxalq birlik Dağlıq Qarabağ münaqişəsinin yaxın zamanda həllinə yardım göstərmək niyyətindədir. Bunu cümə axşamı Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov deyib.

"Biz məsələnin daha geniş səviyyədə müzakirəsinə imkan yaradan Madrid prinsiplərinin yenilənmiş variantını qəbul edirik, lakin erməni tərəfi bildirir ki, bəzi məqamlar var, yenidən razılaşdırılmalıdır", - nazir jurnalistlərə bildirib.

Nazirin sözlərinə görə, ATƏT-in Parlament Assambleyasının Dağlıq Qarabağ münaqişəsi üzrə xüsusi nümayəndəsi Qoran Lenmarkerin və ATƏT PA sədri Joao Soareşin regiona son səfəri göstərir ki, beynəlxalq birlik yaxın zamanda bu münaqişənin həllinə yardım göstərmək niyyətindədir.

"Həm həmsədr ölkələr səviyyəsində, həm də ATƏT-in yenı sədri - Qazaxıstan tərəfindən sənədlər hazırlanıb və yeganə məsələ odur ki, Ermənistan bütün bunlara razılıq versin", - Məmmədyarov deyib.

Dünya birliyi bəyan edib ki, Azərbaycan torpaqları azad edilməli və qaçqınlar geri qayıtmalıdır, - nazir vurğulayıb.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana ərazi iddiaları səbəbindən yaranıb. Dağlıq Qarabağ və ona bitişik yeddi rayon - Azərbaycan ərazilərinin 20 faizi Ermənistan silahlı qüvvələrinin işğalı altındadır. 1994-cü ilin mayında tərəflər ATƏT-in Minsk qrupunun himayəsi və Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə atəşkəs rejimi əldə ediblər. Lakin uğursuz sülh danışıqları hələ də davam edir.

Xəbər lenti

Xəbər lenti