...

NATO Ermənistan-Azərbaycan münaqişəsini dinc yolla nizamlamağa çağırır

Ermənistan-Azərbaycan münaqişəsi Materials 11 İyun 2012 15:14 (UTC +04:00)
NATO Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin eskalasiyası ilə əlaqədar gərginliyin səngiməsini dəstəkləyir.
NATO Ermənistan-Azərbaycan münaqişəsini dinc yolla nizamlamağa çağırır

Gürcüstan, Tbilisi, 11 iyun /Trend, müxbir N.Kirsxaliya/

NATO Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin eskalasiyası ilə əlaqədar gərginliyin səngiməsini dəstəkləyir. Trend-in məlumatına görə, bu barədə bazar ertəsi Tbilsidə jurnalistlərə NATO-nun Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Ceyms Appaturay bildirib.

"Biz hadisələrin gedişini diqqətlə izləyirik və son vaxtlar Ermənistanla Azərbaycan arasında qarşıdurmanın ciddi şəkildə kəskinləşdiyini qeyd edirik və bu da bizi narahat edir", - o qeyd edib.

Appaturay bildirib ki, NATO Dağlıq Qarabağ ətrafında münaqişənin nizamlanmasında iştirak etməsə də, Minsk prosesini dəstəkləyir.

"Biz regionda vəziyətin yenidən kəskinləşməsinə aparan gərginliyin səngiməsinin tərəfdarıyıq. Biz münaqişənin hər iki tərəfin tələblərinin təmin olunması əsasında dinc nizamlanmasına tərəfdarıq", - o qeyd edib.

Xəbər lenti

Xəbər lenti