...

Dünyada Xocalı soyqırımını qeyd edən dövlətlərin sayı getdikcə artır

Ermənistan-Azərbaycan münaqişəsi Materials 25 Fevral 2013 14:56 (UTC +04:00)
Dünyada hər il Xocalı soyqırımını qeyd edən dövlətlərin sayı getdikcə artır. Bunu bazar ertəsi Trend-ə Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin sədr müavini Aydın Mirzəzadə deyib.
Dünyada Xocalı soyqırımını qeyd edən dövlətlərin sayı getdikcə artır

Azərbaycan, Bakı, 25 fevral /Trend, müxbirlər İ.İsabalayeva, E.Mehdiyev/

Dünyada hər il Xocalı soyqırımını qeyd edən dövlətlərin sayı getdikcə artır. Bunu bazar ertəsi Trend-ə Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin sədr müavini Aydın Mirzəzadə deyib.

Onun sözlərinə görə, Xocalı soyqırımının ildönümü ərəfəsində Türkiyənin bir cox bölgələrində bu faciə ilə bağlı silsilə anım tədbirləri keçirilir. Bu tədbirlərin işıqlandırılmasında, faciənin tarixi ilə bağlı Türkiyə vətəndaşlarının məlumatlandırılmasında həmin ölkənin telekanlları yaxından iştirak edir.

Mirzəzadə deyib ki, fevralın 24 və 25-də Türkiyənin iki telekanalında Xocalı soyqırımı ilə bağlı canlı verilişlər yaymlanıb. Həmin verilişlərdə onunla bərabər AMEA-nın Tarix İnstitutunun şöbə müdiri, professor Qasım Hacıyev, Qaradəniz Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Yalçın Sarıqayanın da iştirak etdiyini deyən Mirzəzadə bildirib ki, canlı verilişlərdə Türkiyə ictimaiyyətinə Qarabağın tarixi, ermənilərin Qafqaz bölgəsinə köçməsi, Rusiya imperiyasının, sonradan isə Sovet hökumətinin dəstəyi ilə Ermənistan Respublikasının yaradılması barədə məlumat verilib.

"Dağlıq Qarabağ probleminin kökünün dərinliklərinə gedərək Rusiyanın cənub sərhədlərinin qorunmasında erməni faktorundan istifadə üçün məqsədli sürətdə Azərbaycan torpaqlarında ermənilərin yerləşdirilməsindən və onlara dəstək verilməsindən söhbət gedib. Bildirilib ki, Moskvanın dəstəyi ilə SSRİ-nin dağılma ərfəsində Dağlıq Qarabağın Azərbaycandan qoparılma prosesinə başlanıldı", - Mirzəzadə deyib.

Onun sözlərinə görə, verilişlərdə o da vurğulanıb ki, Azərbaycan əhalisinin hüquqlarının pozularaq erməni hərbi birləşmələrinin yaradılması, azərbaycanlıarın əvvəl Ermənistandan, sonra isə Qarabağdan qovulması üçün müvafiq şəraitin yaradılması bir cox faciələrə səbəb oldu. Xocalı faciəsi gedən proseslərin məntiqi nəticəsi idi.

"Mühasirədə olan dinc şəhərə böyük bir polkun silahlı qüvvələrinin tank, ağır texnika ilə hücum çəkməsi nətivəsində bir gecədə 613 nəfərin həlak oldu, 1200-dən cox insan əsir götürüldü, minlərlə insan itkin düşdü", - millət vəkili qeyd edib.

Onun bildirdiyinə görə, ordunun Xocalını məqsədli surətdə məhv etməsində əsas istəyin Azərbaycanın öz torpaqlarından imtinasına şərait yaratmaq olması da verilişdə qeyd edilib.

"Onların istəkləri, eyni zamanda, Azərbaycanda erməni xofu yaratmaq, müstəqil Azərbaycanı gələcəkdə diz üstə çökdürmək idi. Ancaq Azərbaycan xalqı sınmadı, tarixi yaddaşını gücləndirdi", - Mirzəzadə deyib.

Millət vəkili əlavə edib ki, Xocalı soyqırımının hər il Azərbaycanda və Azərbaycandan kənarda qeyd edilməsi Azərbaycanın öz torpaqlarına, öz tarixinə böyük sevgi ilə yanaşmasından irəli gəlir.

Mirzəzadə xatırladıb ki, bu gün Xocalı soyqırımı artıq dünyanın 4 dövləti və ABŞ-ın 6 ştatı tərəfindən tanınıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti