...

Qırğızıstanda Xocalı soyqırımı ilə bağlı anma mərasimi keçirilib

Ermənistan-Azərbaycan münaqişəsi Materials 26 Fevral 2013 11:55 (UTC +04:00)
Azərbaycanın Qırğızıstandakı səfirliyində Xocalı soyqırımının 21-ci il dönümünə həsr edilmiş anma mərasimi keçirilib.
Qırğızıstanda Xocalı soyqırımı ilə bağlı anma mərasimi keçirilib

Azərbaycan, Bakı, 26 fevral /Trend, müxbir İ.İzzət/

Azərbaycanın Qırğızıstandakı səfirliyində Xocalı soyqırımının 21-ci il dönümünə həsr edilmiş anma mərasimi keçirilib.

Səfirlikdən Trend-ə verilən məlumata görə, tədbirdə səfir Hidayət Orucov Xocalı soyqırımının Xatın, Babi-Yar kimi XX əsrin ən dəhşətli faciələrindən biri olduğunu və soyqırım qurbanlarına qarşı erməni silahlı dəstələri və bilavasitə onların havadarları olan keçmiş SSRİ-yə məxsus 366-cı moto-atıcı alayı tərəfindən törədilmiş vəhşiliklərdən danışıb.

Səfir Azərbaycan dövlətinin Xocalı soyqırımın dünya ictimayyətinə tanıdılmasında ümümmilli lider Heydər Əliyevin əvəzsiz rolunun olduğunu və bu işin Prezident İlham Əliyev tərəfindən ardıcıllıqla aparıldığını qeyd edib, Heydər Əliyev Fondunun Rusiya Federasiyasındakı nümayəndəliyinin rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə həyata kecirilən "Xocalıya Ədalət" kampaniyasının bu soyqırımın geniş miqyasda tanınıdılmasında çox böyük rolu olduğunu vurğulayıb. Hidayət Orucov bu soyqırımın yalnız Azərbaycan xalqına qarşı deyil, bütün türk dünyasına və bütün insanlığa qarşı olduğunu vurğulayıb. Səfir Xocalı soyqırımının ölkələr və təşkilatlar tərəfindən tanınmasını xüsusilə qeyd edib. Soyqırımın Qırğızıstanda tanıdılması istiqamətində səfirlik tərəfindən işlərin aparıldığını vurğulayıb.

Orucov doğma yurdlarından didərgin düşmüş və bütün Azərbaycana səpələnmiş Xocalı sakinlərinin Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli, Ermənistanın Azərbaycana qarşı təcavüzünün dəf edilməsi, ölkənin ərazi bütövlüyünün bərpa edilməsi ümidi ilə yaşadıqlarını qeyd edib. Xocalıda törədilmiş terrorizm, etnik təmizləmə faktlarını dünyada tanıdılması istiqamətində Azərbaycan dövləti bütün imkanlarından istifadə edəcək.

Tədbir zamanı Qırğızıstanda yaşayan soydaşlarımız öz çıxışlarında Xocalı soyqırımının bəşəriyyətin ən ağır cinayətlərindən biri olduğunu və bu Azərbaycan xalqına qarşı aparılan etnik təmizləmə siyasətinin olduğunu bildiriblər. Onlar bu soyqırımın Qırğızıstan ictimayyətinə çatdırılmasında yaxından iştirak etmək arzusunda olduqlarını deyiblər.

Tədbir çərçivəsində Xocalı faciəsini əks etdirən foto və kitab sərgisi təşkil olunub və sənədli film nümayiş edilib.

Xocalı soyqırımı həqiqətlərinin Qırğızıstan ictimayyətinə catdırılması məqsədi ilə soyqırımın 21-ci ildönümü ilə əlaqədar Azərbaycanın Qırğızıstandakı səfirliyi tərəfindən hazırlanmış xüsusi press-reliz Xarici İşlər Nazirliyi, ölkədə akkreditə olunmuş səfirlik və beynəlxalq təşkilatların nümayəndəliklərinə, ölkənin dövlət orqanları, ölkədə fəaliyyət göstərən aparıcı qəzet redaksiyalarına, informasiya agentliklərinə və televiziya kanallarına yayılıb.

Səfirlik tərəfindən aparılmış danışıqlar nətiçəsində Qırğızıstanın "5-ci" və "Piramida" televiziya kanallarında ANS-TV Müstəqil Yayım və Media Şirkəti və "Bakı film"in istehsal etdiyi rejissor Vahid Mustafayevin "Xoca" bədii filmi nümayiş edilib. Dövlət qəzeti "Qırğız tuusu"da ("Qırğız ulduzu") "Xocalı soyqırımı" məqaləsi dərc edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti