...

Dünya ictimaiyyəti Xocalı soyqırımı haqqında məlumatlandırılıb (FOTO)

Ermənistan-Azərbaycan münaqişəsi Materials 24 Fevral 2014 12:34 (UTC +04:00)
“Virtual Qarabağ” İnformasiya – Kommunikasiya Texnologiyaları Mərkəzinin təşkilatçılığı ilə Xocalı soyqırımının 22 - ci ildönümü münasibəti ilə beynəlxalq ictimaiyyətin məlumatlandırma aksiyası keçirilib.
Dünya ictimaiyyəti Xocalı soyqırımı haqqında məlumatlandırılıb (FOTO)

Azərbaycan, Bakı, 24 fevral /Trend, müxbir E.Mehdiyev/

"Virtual Qarabağ" İnformasiya - Kommunikasiya Texnologiyaları Mərkəzinin təşkilatçılığı ilə Xocalı soyqırımının 22 - ci ildönümü münasibəti ilə beynəlxalq ictimaiyyətin məlumatlandırma aksiyası keçirilib.

ATGTİ-dən Trend-ə verilən məlumata görə, aksiyanın məqsədi Ermənistan - Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, Xocalı soyqırımı haqqında beynəlxalq ictimaiyyətə obyektiv informasiyalar, tarixi faktlar və həqiqətləri daha müasir formalarda çatdırmaq, Qarabağ haqqında düzgün məlumatlılığın artırılmasıdır.

"Hər şey Qarabağ üçün" informasiya kampaniyası çərçivəsində keçirilən aksiya zamanı ilk dəfə olaraq "talk fusion" videopaylaşma texnologiyası tətbiq olunmuşdur. Aksiya çərçivəsində "talk fusion" texnologiyası ilə hazırlanan video qəzet vasitəsilə Xocalı soyqırımı haqqında məlumatlar, video və fotomateriallar, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən "Xocalıya ədalət" informasiya kampaniyası çərçivəsində hazırlanan videoklip canlı rejimdə dünyanın müxtəlif ölkələrində yaşayan siyasətçilərə, jurnalistlərə, gənclərə göndərilmişdir. "Talk fusion" texnologiyasının köməyi ilə qabaqcadan hazırlanmış materialları bir gündə minlərlə e-mail-ə heç bir spam maneəsi olmadan göndərmək, bütün dünya üzrə qeyri-məhdud sayda iştirakçıyla ünsiyyətə girmək, eyni zamanda canlı rejimdə hesabat əldə etmək mümkündür.

Qeyd edək ki, "Virtual Qarabağ" İnformasiya - Kommunikasiya Texnologiyaları Mərkəzi Gənclər və İdman Nazirliyinin maliyyə və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı (ATGTİ), "Bizim Nəsil" Gənclərin Regional İnkişaf Assosiasiyası İctimai Birliyi, Qaçqın və Məcburi Köçkün Gənclər Təşkilatı, "Sağlam İnkişaf və Maarifləndirmə" İctimai Birliyi, Yeni Yazarlar və Sənətçilər Qurumu İctimai Birliyinin təşkilati dəstəyi ilə reallaşdırılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti