...

Azərbaycanlı tələbələr Şotlandiyada Xocalı aksiyası keçiriblər (FOTO)

Ermənistan-Azərbaycan münaqişəsi Materials 26 Fevral 2018 13:09 (UTC +04:00)
Şotlandiyada təhsil alan azərbaycanlı gənclər Aberdin şəhərinin mərkəzində Xocalı soyqırımının 26-cı ildönümü ilə bağlı aksiya keçirib.
Azərbaycanlı tələbələr Şotlandiyada Xocalı aksiyası keçiriblər (FOTO)

Bakı. Trend:

Böyük Britaniyanın Şotland vilayətində təhsil alan tələbə soydaşlarımız Xocalı soyqırımı qurbanlarının xatirəsini yad ediblər.

Trend-in məlumatına görə, Aberdeen Universitetində təhsil alan azərbaycanlı tələbələr “Union Street” mərkəzi küçəsində dinc əhalinin amansızcasına qətlə yetirildiyi Xoca soyqırımını əks etdirən foto-şəkillər və statistik məlumatla şəhər ictimaiyyətini tanış ediblər. Həmin insanlar yalnız etnik mənsubiyyətlərinə - azərbaycanlı olduqlarına görə amansızcasına öldürülüb, işgəncələrə məruz qalıb və şikəst ediliblər. Beynəlxalq hüquqa görə belə hərəkətlərin “soyqırımı” anlayışına uyğun olduğunu bildirən gənc tələbələr bu aksiya ilə dünya ictimaiyyətini qətliamı bu cür tanınmağa səsləyiblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti