...

ABŞ Konqresinin daha bir üzvü Xocalı faciəsi ilə bağlı bəyanat verdi

Ermənistan-Azərbaycan münaqişəsi Materials 28 Fevral 2018 07:42 (UTC +04:00)
ABŞ-ın Şimali Karolina ştatını təmsil edən respublikaçı Konqres üzvü Virciniya Foks Xocalı faciəsinin 26-cı ildönümü ilə bağlı Konqresdə bəyanatla çıxış edib
ABŞ Konqresinin daha bir üzvü Xocalı faciəsi ilə bağlı bəyanat verdi

Bakı. Trend:

ABŞ-ın Şimali Karolina ştatını təmsil edən respublikaçı Konqres üzvü Virciniya Foks Xocalı faciəsinin 26-cı ildönümü ilə bağlı Konqresdə bəyanatla çıxış edib.

Azərbaycanın ABŞ-daki səfirliyindən Trend-ə verilən məlumata görə, Xocalı faciəsinin qurbanlarını yad edən Konqres üzvü 1992-ci ilin 25-26 fevral tarixlərində qadın və uşaqlar daxil olmaqla 613 nəfərin qətlə yetirildiyini vurğulayaraq bu faciədə həyatını itirmiş insanların xatirəsinin anılmasının vacibliyini qeyd edib.

Konqres üzvü həmçinin Azərbaycanın ABŞ-ın etibarlı dostu və dəyərli tərəfdaşı olduğunu bildirərək Azərbaycan Hökumətinin beynəlxalq terrorçuluğa qarşı mübarizədə hər zaman ABŞ-a dəstək olduğunu və bu dəstəyini davam etdirdiyini, eləcə də regional iqtisadi inkişafa töhfə verdiyini və “Yeni İpək Yolu”nun bərpasında göstərdiyi səyləri vurğulayıb.

Sonda V.Foks bu faciəli hadisənin ildönümündə Xocalıda həyatını itirmiş insanların xatirəsini bir daha yad edərək Azərbaycana dərin hüznlə başsağlığını çatdırıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti