...

Səfir: Dağlıq Qarabağ münaqişəsi bütün region üçün təhlükəli olmaqda davam edir

Ermənistan-Azərbaycan münaqişəsi Materials 29 Mart 2019 15:58 (UTC +04:00)
Dağlıq Qarabağ münaqişəsi bütün region üçün strateji təhlükəli olmaqda davam edir
Səfir: Dağlıq Qarabağ münaqişəsi bütün region üçün təhlükəli olmaqda davam edir

Bakı. Ləman Zeynalova - Trend:

Dağlıq Qarabağ münaqişəsi bütün region üçün strateji təhlükəli olmaqda davam edir.

Trend-in məlumatına görə, bunu Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanov “Fox News”a müsahibəsində deyib.

O bildirib ki, status-kvo dayanıqlı deyil və vəziyyətin gərginləşməsi hər zaman mümkündür:

“Hər iki tərəfin kifayət qədər silahı və zirehli qüvvəsi var – vəziyyət istənilən an kəskinləşə bilər. Hər şeyin nəzarətdən çıxa biləcəyi təhlükəsi hər zaman qalır. Bu gün insanlar dalana dirənmiş münaqişə ilə yaşayır, insanlar sülh istəyir”.

1988-ci ildə Ermənistan Azərbaycana qarşı ərazi iddialarına başladı. Bir müddət sonra isə Ermənistan tərəfindən Azərbaycan ərazilərinə hərbi təcavüz başlandı. Dağlıq Qarabağ və ətraf 7 rayon – Azərbaycan ərazisinin 20 faizi – Ermənistan silahlı qüvvələri tərəfindən işğal olundu. Bu işğal faktı hələ də davam edir.

1994-cü ilin mayında tərəflər atəşkəs rejiminə nail olublar. O dövrdən bu günə kimi ATƏT-in Minsk qrupunun himayəsində - Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə nəticəsiz sülh danışıqları davam edir. İşğal olunmuş Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsi haqqında BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi dörd qətnamə isə Ermənistan tərəfindən bu günədək icra olunmayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti