...

Bakı Şəhər İcra hakimiyyətinin əməkdaşı dələduzluğa görə həbs olunub

Siyasət Materials 9 Oktyabr 2007 17:33 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir K. Zərbalıyeva/ Bakı Şəhər İcra hakimiyyətinin əməkdaşı dələduzluğa görə həbs olunub. Hüquq-mühafizə orqanlarındakı mənbədən çərşənbə axşamı Trend ə verilən məlumata görə, Bakı Şəhər İcra Hakimiyyətinin şəhər təsərrüfatı şöbəsində böyük məsləhətçi işləyən Əli Qurbanov ayrı-ayrı şəxslərə, daşınmaz əmlaklarına dair sənədlərini rəsmiləşdirəcəyini vəd edərək, onuların külli miqdarda əmlaklarını ələ keçirib. Özünü Bakı Şəhər İcra Hakimiyyətinin məsul vəzifəli şəxsi Əli Hacıyev kimi təqdim edən Əli Qurbanova qarşı Bakı şəhər prokurorluğunda Cinayət Məcəlləsinin dələduzluq (178-ci maddə) maddəsi ilə ittiham elan olunub. Cinayət işi artıq yekunlaşmaq üzrədir və baxılmaq üçün yaxın günlərdə məhkəməyə göndəriləcək.

Xəbər lenti

Xəbər lenti