...

Azərbaycan prezidenti: "Azərbaycanın iqtisadi artımı doqquz ay ərrzində 30% təşkil edib

Siyasət Materials 17 Oktyabr 2007 12:40 (UTC +04:00)
Azərbaycan prezidenti: "Azərbaycanın iqtisadi artımı doqquz ay ərrzində 30% təşkil edib

Azərbaycan, Naxçıvan / Trend müxbir Y. Əliyev/ Çərşənbə günü Azərbaycan prezidenti İlham Əliyev bəyan edib ki, Azərbaycanın iqtisadi artımı doqquz ay ərzində 30% təşkil edib. Naxçıvan Dövlət Üniversitetinin tələbə-müəllim heyəti qarşısında çıxış edən dövlət başçısı bildirib ki, gələn il dövlət xətti ilə iqtisadiyyata qoyulan investisiyaların həcmi 3 mlrd. manata çatacaq.

2008-ci ildə büdcə vəsaitləri hesabına təhsilə 1 mlrd. dollar vəsait ayrılacaq. Əliyevin sözlərinə görə, ölkədə son prezident seçkilərinin keçirildiyi dövrdən 610 min yeni iş yeri açılıb.

Prezident bildirib ki, Azərbaycandan miqrasiyaya meyl azalıb və bir müddətdən sonra işçi qıtlığı yaranacaq.

Dövlət başçısı qeyd edib ki, Azərbaycan xalqı sülh, rifah və sabitlik içərisində yaşamalıdır. Bunun üçün Azərbaycan bütün imkanlara malikdir. "İndi Azərbaycanla hesablaşırlar və regional əməkdaşlıqda Azərbaycandan çox şey asılıdır" -deyə prezident bildirib.

Dövlət başçısı Naxçıvan Muxtar Respublikasının təhsil sisteminin bir qrup işçisinə şəxsən özü fəxri diplomlar təqdim edib.

Universitetdə təşkil olunan konsert proqramından sonra prezident NAR-ın Şərur rayonunda yeni ümumtəhsil məktəbinin açılış mərasimində iştirak edib.

Xəbər lenti

Xəbər lenti