...

Bakıda ATƏT-in Cənubi Qafqaz ölkələrindəki ofis rəhbərlərinin görüşü keçirilir

Siyasət Materials 18 Oktyabr 2007 16:57 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend , müxbir K.Ramazanova/ ATƏT-in Cənubi Qafqaz ölkələrindəki ofislərinin rəhbərləri Bakıda illik toplantılarını keçirirlər. İki günlük görüş bağlı qapılar arxasında keçirilir. Bu barədə ATƏT-in Azərbaycandakı nümayəndəliyindən məlumat verilib.

Tədbirdə ATƏT-in Gürcüstan və Ermənistandakı ofislərinin nümayəndələri və bu beynəlxalq təşkilatın nümayəndələri iştirak edirlər. Görüşdə iştirak etmək üçün ATƏT-in Baş katibi Mark Perren de Brişanbo Bakıya gəlib.

ATƏT Baş katibi Azərbaycanın rəsmi şəxsləri və vətəndaş cəmiyyətinin nümayəndələri ilə görüşlər keçirməyi planlaşdırır. Onun səfəri oktyabrın 19-da başa çatacaq.

Xəbər lenti

Xəbər lenti