...

Azərbaycan parlamentində PKK-nı terrorçu təşkilat kimi tanınması məsələsi müzakirə edilib

Siyasət Materials 19 Oktyabr 2007 12:53 (UTC +04:00)
Azərbaycan parlamentində PKK-nı terrorçu təşkilat kimi tanınması məsələsi müzakirə edilib

Azərbaycan, Bakı / Trend müxbir İ.Əlizadə/ Azərbaycan parlamenti PKK-nı rəsmən terrorçu təşkilat kimi tanımalıdır, cümə günü Milli Məclisin keçirilən növbəti iclasında deputatları təkliflə çıxış ediblər.

Müxalifətyönlü Ümid Partiyasının sədri, deputat İqbal Ağazadə bildirib ki, PKK-nın Türkiyə üçün təhlükəsi artmaqdadır. "PKK terror təşkilatı Türkiyəni içərlərinə doğru irəlləyir. Azərbaycan Milli Məclisi rəsmən PKK-nı terror təşkilatı kimi tanımalıdır. Azərbaycan PKK ilə mübarizədə Türkiyəyə dəstək verməlidir" Ağazadə deyib.

Onun fikrincə, Azərbaycan Silahlı Qüvvələri PKK terror təşkilatına qarşı keçirilən hərbi əməliyyatlarda Türkiyə ilə birgə iştirak etməlidir. "Milli Məclis Azərbaycan ordusunu bu əməliyatlarda iştirakına müsbət cavab verməlidir. Bununla bağlı Türkiyə ilə danışıqlara başlamaq lazımdı" millət vəkili əlavə edib.

Müxalifəti təmsil edən Müsavat deputat qrupunun üzvü Pənah Hüseyn də bu təklifi dəstəkləyib. Hüseyn qeyd edib ki, Azərbaycan və Türkiyə Silahlı Qüvvələri iki ölkə üçün mövcud olan təhlükələrə qarşı birgə mübarizə aparmalıdır.

"ABŞ və Avropa Birliyi PKK-nı rəsmən terrorçu təşkilat kimi tanıyıb. Amma Azərbaycan tanımayıb. Ona görə də Milli Məclis PKK -nı terrorçu təşkilat kimi tanımaq haqda rəsmi qərar qəbul etməlidir", deyə Hüseyn vurğulayıb

Xəbər lenti

Xəbər lenti