...

On iki müxalifət partiyası vahid mövqedən çıxış etmək məsələsində razılğa gəlib

Siyasət Materials 25 Oktyabr 2007 15:01 (UTC +04:00)
On iki müxalifət partiyası vahid mövqedən çıxış etmək məsələsində razılğa gəlib

Azərbaycan, Bakı/ Trend , müxbir İ.Əlizadə/ Azərbaycanın 12 müxalifət partiyası seçki komissiyalarının iqtidar və müxalifət nümayəndələrinin iştirakı ilə paritet əsaslarla formalaşdırılması məsələsində razılığa gəlib. Seçki qanunvericiliyi ilə bağlı müxalifətin vahid mövqedən çıxış etməsini razılışdırmaq üçün yaradılan İşçi Qrupun, cümə axşamı müxalifəti təmsil edən Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) qərərgahında keçirilən görüşündə bu barədə razılıq əldə olunub.

Görüşdə Klassik Xalq Cəbhəsi, Milli Demokrat (Bozqurd), Müsavat, Milli İstiqlal, Açıq Cəmiyyət, Ümid, Azadlıq, Türk Millətçi, Azad Azərbaycan partiyalarının nümayəndələri iştirak edib.

KXCP-dən verilən məlumata görə, Ədalət, Böyük Quruluş və Xalq partiyalarının nümayəndələri üzrlü səbəbdən toplantıda iştirak etməyiblər. Lakin bu partiyalar da seçki komissiyalarının paritet əsaslarla formalaşdırılması ideyasını dəstəkləməklə bağlı qəbul olunan qərara qoşulublar.

Azərbaycanın Seçki Məcəlləsinin təkmilləşdirilməsi məqsədilə, hakimiyyətin və Avropa Şurası Venesiya Komissiyasının birgə təşkilatçılığı, siyasi partiyaların iştirakı ilə noyabrın 9-da Bakıda geniş tərkibli müzakirələr təşkil olunacaq. Azərbaycanın müxalifət partiyaları Seçki Məcəlləsinin dəyişdirilməsi ilə bağlı ayrı-ayrılqda təkliflər layihəsi hazırlayıblar.

"Azərbaycanın seçki qanunvericiliyinin təkmilləşdirilməsi ilə bağlı Avropa Şurası Venesiya Komissiyasının təşkilatçılığı ilə noyabrın doqquzunda Bakıda keçiriləcək müzakirələrdə müxalifətin seçki komissiyalarının paritet əsaslarla formalaşdırılması mövqeyindən çıxış etməsi məsələsi razılaşdırılıb", -deyə KXCP-dən bildiriblər.

Razılaşmaya əsasən. seçki komissiyalarının paritet əsaslarla formalaşdırılması ideyası qəbul oluransa, müxalifətə ayrılan yerlərin necə bölünməsi bu düşərgənin liderlərinin toplantısında razılaşdırılacaq. Eyni zamanda, qərara alınıb ki, seçki komissiyalarının paritet əsaslarla formalaşdırılması təklifi müzakirəyə qəbul olunmasa, müxalifət noyabrın 9-da keçiriləcək görüşdə iştirak etməsin.

Bundan başqa, növbəti görüşə qədər "Azadlıq" blokunda təmsil olunan partiyaların (Vətəndaş və İnkişaf, Liberal və Xalq Cəbhəsi partiyaları) İşçi Qrupa dəvət olunması qərara alınıb.

Xəbər lenti

Xəbər lenti