...

Azərbaycan Prezidenti Litvanın sosial müdafiə və əmək nazirini qəbul edib

Siyasət Materials 26 Oktyabr 2007 15:16 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir S.İlhamqızı/ Azərbaycan Prezidenti İlham Əliyev cümə günü Prezident sarayında Litvanın sosial müdafiə və əmək naziri Viliya Blinkyaviçyutenin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. Dövlət başçısı son zamanlar iki ölkə arasında müxtəlif səviyyələrdə əlaqələrin intensivləşməsindən məmnunluğunu söyləyib, bunun bütün sahələr üzrə əməkdaşlığın daha sıx əlaqələndirilməsinə xidmət etdiyini bildirib.

Prezident Əliyev Azərbaycan və Litva gəncləri arasında da əlaqələrin genişləndirilməsinin əhəmiyyətini vurğulayıb. Blinkyaviçyute iki ölkə arasında fəal əməkdaşlığın həyata keçirildiyini deyib. Azərbaycan Prezidentinin bir ay ərzində iki dəfə Litvaya səfər etməsinin əhəmiyyətini vurğulayan nazir, bunun ikitərəfli münasibətlərin inkişafına xüsusi təkan verdiyini bildirib. O, iki ölkə gəncləri arasında da əlaqələrin qurulması və inkişaf etdirilməsinin Litva ilə Azərbaycan arasında əməkdaşlığın daha da möhkəmlənməsinə töhfə verəcəyinə əminliyini ifadə edib.

Xəbər lenti

Xəbər lenti